Epifiz Mərkəzi

Epifiz Psixoloji Xidmət və Yaşam Mərkəzi

2019-cu ildən etibarən fəaliyyət göstərən, psixoloji rifahın və inkişafın dəstəklənməsi istiqamətində ixtisaslaşmış müalicə və reabilitasiya mərkəzi.

2019
Fəaliyyətə başladığımız il
2
Filial — Bakı, Xətai rayonu
3
Xidmət sahəsi — psixoloji, defektoloji, loqopedik

Tarixçəmiz

Tarixçəmiz

Mərkəzin komandası

  • Psixoloqlar
  • Loqopedlər
  • Defektoloqlar

Epifiz Psixoloji Xidmət və Yaşam Mərkəzi 2019-cu ildən etibarən fəaliyyət göstərən, psixoloji rifahın və inkişafın dəstəklənməsi istiqamətində ixtisaslaşmış bir müalicə və reabilitasiya mərkəzidir. Mərkəzimiz insan psixikasının fərqli inkişaf mərhələlərində ortaya çıxan çətinliklərin elmi əsaslarla qiymətləndirilməsi, diaqnostikası və korreksiyası məqsədi ilə yaradılmışdır.

Əsas məqsədimiz fərdin psixoloji, emosional və nitq inkişafına kompleks yanaşma təqdim edərək həm uşaqların, həm də böyüklərin həyat keyfiyyətini yüksəltməkdir. Mərkəzimizdə fəaliyyət göstərən peşəkar psixoloqlar, loqopedlər və defektoloqlar beynəlxalq təcrübəyə əsaslanan metodlarla fərdi yanaşma tətbiq edirlər.

Epifiz Mərkəzi yaranmasından bu günə qədər yüzlərlə fərdin həyatına müsbət təsir göstərmiş, psixoloji və inkişaf problemlərinin aradan qaldırılması istiqamətində yüksək nəticələr əldə etmişdir.

Xidmət sahələri

Mərkəzimizdə əsas xidmət sahələri

Mərkəzimiz aşağıdakı əsas xidmət sahələri üzrə fəaliyyət göstərir. Hər müraciət ilkin qiymətləndirmə ilə başlayır və uyğun mütəxəssisə yönləndirilir.

Psixoloqlar

Psixoloji xidmətlər

Aşağıdakı və digər klinik vəziyyətlər üzrə fərdi terapiya və diaqnostika həyata keçirilir:

  • depressiya
  • təşviş pozuntuları
  • davranış problemləri
  • fobiyalar
  • yuxu və qida pozuntuları
  • diqqət əskikliyi və hiperaktivlik sindromu (DƏHS)
  • panik-atak
  • OKP
  • travma sonrası stress pozuntusu
  • cinsi disfunksiyalar
  • mutizm
  • disleksiya

Defektoloqlar

Defektoloji xidmətlər

Aşağıdakı və digər neyrogen inkişaf problemləri üzrə xüsusi tədris və reabilitasiya proqramları təqdim olunur:

  • psixi inkişaf ləngiməsi
  • əqli gerilik
  • autizm spektr pozuntuları
  • serebral iflic
  • mikrosefaliya

Loqopedlər

Loqopedik xidmətlər

Aşağıdakı və digər artikulyasiya pozuntularının korreksiyası üzrə fərdi və qrup terapiyaları təşkil olunur:

  • nitq ləngiməsi
  • kekələmə
  • dislaliya
  • afaziya
  • rinolaliya
  • disartriya

Eşitmə məhdudiyyətli uşaqlarda və koklear implantasiyadan sonra nitqin bərpası xüsusi diqqətlə aparılır.

Fəlsəfəmiz

Simptomu deyil, insanı bütövlükdə görmək

Mərkəzimiz yalnız simptomları deyil, bütövlükdə insanı dərk etmə və dəyişdirmə fəlsəfəsinə əsaslanır.

Etik dəyərlərə, fərdi gizliliyə və elmi yanaşmaya əsaslanaraq, hər bir fərdin daxili potensialını üzə çıxarmaq üçün çalışırıq.

  • Etik dəyərlər
  • Fərdi gizlilik
  • Elmi yanaşma

Epifiz Psixoloji Xidmət və Yaşam Mərkəzi — sağlam düşüncə və psixoloji rifah yolunda etibarlı ünvanınızdır.

Müraciət edənlərə

Niyə biz?

Ölkəmizdə psixoloji və inkişaf yönümlü problemlərin geniş yayılması və bu sahədə keyfiyyətli xidmətlərin çatışmazlığı bizi daha fərqli və peşəkar yanaşma ilə fəaliyyət göstərməyə sövq etmişdir.

Epifiz Psixoloji Xidmət və Yaşam Mərkəzi olaraq, sahə üzrə müasir avadanlıqlardan istifadə etməklə, yüksək ixtisaslı mütəxəssislər tərəfindən düzgün qurulmuş tədris və terapiya proqramları vasitəsilə daha effektiv nəticələr əldə etməyi əsas hədəfimiz kimi müəyyən etmişik.

Yeganə məqsədimiz — psixoloji və inkişaf yönümlü xidmətləri mümkün qədər geniş və təsirli şəkildə təqdim edərək, cəmiyyətimizə dəyər qatmaqdır.

Uzunmüddətli müşahidələr və sahə təhlilləri nəticəsində ölkə üzrə mövcud boşluqları müəyyən edərək, bu istiqamətdə elmi və praktik əsaslı fəaliyyətlə daha güclü və davamlı nəticələrə nail olmağı qarşıya məqsəd qoymuşuq.

Əgər ümidinizin tükəndiyini hiss edirsinizsə, bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

Hörmətlə, Epifiz Psixoloji Xidmət və Yaşam Mərkəzi

Bu əlaqə kanalları təcili yardım xidməti deyil. Özünüzün və ya başqasının həyatı üçün təhlükə varsa, dərhal 103 (təcili tibbi yardım) və ya 112 nömrəsinə zəng edin.

Məkan və infrastruktur

Bakıda iki filial

Hazırda Epifiz Psixoloji Xidmət və Yaşam Mərkəzi Bakıda iki filialla fəaliyyət göstərir.

Baş ofis

480 m²

8 Noyabr prospekti 179

Xətai rayonu, Bakı

480 m²-lik geniş və müasir məkanımız yeni nəsil texnologiyalarla təchiz olunmuşdur, rahatlıqla əlçatandır və həm terapevtlər, həm də müraciət edənlər üçün ideal şəraitə malikdir.

Xəritədə açın: Baş ofis (yeni pəncərədə açılır)

İkinci filial

180 m²

8 Noyabr küçəsi, Blue Office kompleksi

Xətai rayonu, Bakı

180 m² sahəyə malik bu müasir və texnoloji baxımdan tam təchiz olunmuş mərkəzimiz yüksək standartlara uyğun olaraq psixoloji və loqopedik xidmətlərin göstərilməsi üçün nəzərdə tutulmuşdur.

Xəritədə açın: İkinci filial (yeni pəncərədə açılır)

Hansı mütəxəssisə müraciət edəcəyinizi bilmirsiniz?

Vəziyyəti qısaca bildirin: ilkin görüşdə ehtiyacı birlikdə dəyərləndirək və sizi uyğun mütəxəssisə yönləndirək.

Qəbula yazılın

və ya zəng edin:

Qeydiyyat